Adnan Oktar nədə günahlandırılır? - SİYAHI

Adnan Oktar nədə günahlandırılır? – SİYAHI
Want create site? Find Free WordPress Themes and plugins.

İstanbulda prokurorluğun başlatdığı əməliyyatın səbəbkarı Adnan Oktarın nədə günahlandırıldığını açıqlayan bir səhifəlik məlumat yayımlanıb.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyi Adnan Oktar Cinayət Təşkilatıyla bağlı 5 bölgədə eyni zamanda əməliyyata başlayıb. Əməliyyatlar zamanı  silah və polad gülləkeçirməz gödəkçələr ələ keçirilib. Adnan Oktarın nədə  günahlandırıldığını göstərən siyahı isə olduqca diqqət çəkib.

Belə ki, Adnan Oktarın günahlandırıldığı əməllər:

“Cinayət işləmək məqsədiylə təşkilat qurmaq, uşaqların cinsi istismarı, cinsi təcavüz, azyaşlılarla cinsi əlaqə, uşaqların qaçırılması və ya girov götürülməsi, cinsi təcavüz, şantaj, şəxsi azadlığından məhrum etmək, siyasi və hərbi casusluq, dini inanc və hisslərin istismar edilməsi yolu ilə fırıldaqçılıq, cinayətdən qaynaqlanan əmlakı ələ keçirmək, şəxsi həyatın gizliliyini pozmaq, rəsmi sənədlərdə saxtakarlıq, terrorla mübarizə qanununa qarşı çıxmaq, təhdid, iftira, xalqı əsgərlikdən soyutmaq, təhqir, cinayətin uydurulması, yalandan şahidlik, çoxşaxəli fırıldaqçılıq, insan alverinə qarşı mübarizə qanunlarına, vergi prosessual qanununa qarşı olmaq, rüşvət, təhsil və tədris haqqının qarşısının alınması, ailənin qorunması və qadına zorakılığın qarşısının alınmasına dair qanunlara qarşı olduğu üçün 11 iyul 2018-ci iltarıxında 235 şübhəli şəxs barəsində əməliyyat başladılmışdır”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Gündəm, Dünya, Foto xəbər, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar