Adnan Oktarın "kediciyi": "Ayrılmaq istəyirdim, amma..."

Adnan Oktarın “kediciyi”: “Ayrılmaq istəyirdim, amma…”
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə cəmiyyətində “Adnan hoca” kimi tanınan Adnan Oktar və qrupuna qarşı keçirilən əməliyyatda nəzarətə alınan və daha sonra azad edilən Ayça Pars mediaya açıqlama verib.

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ayça Pars açıqlamasında bunları qeyd edib: “29 ildir ki, Adnan Oktar qrupunda yer aldım. İlk başda həqiqətləri görməmişdim. Sonradan həqiqətləri görməyə başladım” deyə açıqlamasında bildirib”. Habertürk-ün yazarı Mustafa Şekeroğluna danışan Pars, bildiklərinin hamısını polisə dediyini söyləyib: “8 gün bölmədə polisə ifadə verdim. Çox danışdım. İstintaqın sirri var. Bu an üçün çox şey danışa bilmərəm. 29 ildir ki, Adnan Oktar qrupunda yer aldım. İlk başda həqiqətləri görməmişdim. Sonradan həqiqətləri görməyə başladım. Azğınlıqlar, müsəlmançılıq adı altında saxtakarlıqların fərqinə vardım. Daha əvvəl ayrılmaq istəyirdim. Amma ailəmə zərər verirlər deyə ayrılmamışam”, – deyə Pars açıqlamasında qeyd edib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar