A24 Xeber

Adnan Oktarın “kediciy”indən Afrinə dəstək – FOTO

Adnan Oktarın “kediciy”indən Afrinə dəstək – FOTO
69
06 Aprel 2018 - 10:21

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sənətçilərlə çəkdirdiyi fotonu paylaşan “kedicik” Gülşah Güçyetmez Kemal Kılıçdaroğluna mesaj göndərib.

A24.Az xəbər verir ki, Adnan Oktarın sevimli “kedicik”lərindən olan Gülşah, Kılıçdaroğlunun sərt sözlərinə qarşı Ərdoğanı müdafiə edib.

“Çox gözəl bir görüntüdür. Afrin əməliyyatına dəstək verən bütün sənətçiləri və dəyərli insanları təbrik edirəm. Boş tənqidlərə heç kəs quılaq asmasın, bu görüntü mükəmməldir” – deyə Gülşah Güçyetmez paylaşımına şərh verib.

Qeyd edək ki, Ərdoğan və türkiyəli sənətçilərin əsgər ziyarətində mahnı oxuyub, əylənməsi Cumhuriyyət Xalq Partiyasının lideri Kemal Kılıçdaroğlunu hiddətləndirib.

“Mənə maraqlıdır, bu rəzil adamlar və onları ora aparan adam, əgər ürəyin dözəcəksə, Afrin şəhidinin evinin önündən keç. Gücün çatırsa və əxlaqın yetirsə, “Yaylalar” türküsünü oxu”- deyə Kemal Kılıçdaroğlu ziyarəti şərh edərkən deyib.

N.A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00