A24 Xeber

Adnan Oktarın qardaşından şok açıqlama: “99-da Oktar həbs ediləndə zəlzələ oldu, 2018-də isə…”

Adnan Oktarın qardaşından şok açıqlama: “99-da Oktar həbs ediləndə zəlzələ oldu, 2018-də isə…”
89
03 Avqust 2018 - 14:21

Türkiyədə həbs edilən Adnan Oktarın qardaşı Kənan Oktar iki böyük təbiət hadisəsindən danışaraq baş verənləri qardaşıyla əlaqələndirib.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, həkim olan Kənan Oktar qardaşını müdafiə etmək üçün Hz.Muhamməd Peyğəmbər kimi şəxsləri belə öz oyununa alət etməkdən çəkinməyib.

Belə ki Oktarın qardaşı Kənan Oktar “Beyaz” TV-nin canlı efirində bu açıqlamaları verib:

“Sizə bir misal çəkim: bir neçə gün bundan əvvəl qanlı ay tutulması oldu. Bundan sonra bütün dünya miqyasında bəzi fəlakətlər baş verəcək. Yəni, siz indi heç diqqət yetirmirsiniz? 1999-cu ildə Adnan Oktar və yoldaşları həbs olunanda İstanbulda qorxunc bir zəlzələ oldu. Buna diqqət etdiniz? Dünyada bəzi fəlakətlər, hadisələr yaşanacaq. Bunu hocamız əvvəlcədən deyib”.

Kənan Oktarın bu açıqlamaları insanların diqqətini çəkib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00