Adnan Oktarın saxlanılmasına ən çox üzülən kim oldu?

Adnan Oktarın saxlanılmasına ən çox üzülən kim oldu?
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə Adnan Oktarın saxlanılmasından sonra ən çox xəbərlər İsrail mediasınnda yer alıb.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, dərc edilən xəbərlərdə Adnan Oktarın İsrail ilə olan yaxın münasibətləri diqqət çəkib.

İsrailin öndə olan qəzetlərindən “Haaretz” Adnan Oktarın saxlanılmasıyla bağlı yazılan xəbərlər “Kedicik harəmi quran Türk İslam camaatının lideri saxlanıldı” başlığı ilə yayımlanıb. Xəbərdə Adnan Oktar qrupuna qarşı keçirilən əməliyyat zamanı 200-dən çox insanın nəzarətə alındığı bildirilib.

Daha sonra qəzet Oktarın “İsraildə həqiqi dindar yəhudi olan bir çox dostum var. Onları çox sevirəm, çünki onlar həqiqətən dindardır” sözlərini xatırladıb.

Lakin “Jarusalem Post” qəzeti Adnan Oktarla bağlı yazılan xəbərə “Oktar və İsrail dostluğu yolun sonuna gəldi?” başlığıyla oxuculara çatdırıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar