AEBA baş katibinin müavini istefa verdi

AEBA baş katibinin müavini istefa verdi
Want create site? Find Free WordPress Themes and plugins.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş katibinin müavini, finlandiyalı Tero Varyoranta istefa verib.

Bu barədə “Helsingin Sanomat” qəzeti Agentliyə istinadən xəbər verib.

Məlumata əsasən, T.Varyoranta İranın nüvə obyektlərinin yoxlanılması ilə məşğul olub. Onun istefası ABŞ-ın İranın nüvə proqramı ilə bağlı razılaşmadan çıxması ilə əlaqələndirilir.

 2015-ci ildə “Helsingin Sanomat”a verdiyi müsahibədə, T.Varyoranta İranla bağlı razılaşmanın “əldə edilə biləcək ən yaxşı nəticə” kimi qiymətləndirib.
Qeyd edək ki, Tero Varyoranta 2013-cü ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş katibinin müavini təyin edilib. //APA
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar