Aeroport yolunda "protiv" gedən daha bir avtomobil - VİDEO

Aeroport yolunda “protiv” gedən daha bir avtomobil – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Aeroport yolunda digər nəqliyyat vasitələrinə əks istiqamətdə hərəkət edən daha bir avtomobil görüntülənib.

A24.Az xəbər verir ki, “VAZ 2107” markalı avtomobilin təhlükəli hərəkətini öz yolu ilə hərəkətdə olan digər avtomobilin sürücüsü qeydə alıb. Telefonla çəkilmiş görüntüdə qeydiyyat nömrəsi seçilməyən ağ rəngli maşının yüksək sürətlə qarşı tərəfdən gələn digər nəqliyyat vasitələrini keçdiyi açıq-aydın görünür.

Avtomobilin üzərində sürücünün taksi fəaliyyətilə məşğul olduğunu göstərən nişan da var.

Ölüm saçan həmin görüntüləri təqdim edirik.

Qeyd edək ki, bir neçə gün öncə eyni hərəkəti edən ZİL markalı yük avtomobili də qeydə alınmışdı. Həmin sürücüyə 15 gün həbs cəzası, 1 illik sürücülükdən məhrum etmə cəzası verilmişdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar