A24 Xeber

AFFA bu klubları cəzalandırır – Azarkeşlərə görə

AFFA bu klubları cəzalandırır – Azarkeşlərə görə
18
02 May 2018 - 12:57

AFFA İntizam Komitəsi “Kəpəz” və “Sumqayıt” klublarını cəzalandırıb. 

A24.Az xəbər verir ki, buna azarkeşlərin müvafiq olaraq, “Qəbələ” və “Səbail”lə Azərbaycan Premyer Liqasının XXV tur matçındakı davranışları səbəb olub. Gəncəli fanatlar Qəbələ şəhər stadionundakı qarşılaşmada oturacaqları sındırıblar. İntizam Komitəsi qərara alıb ki, stadiona dəymiş ziyan əsasında “Qəbələ” klubunun təqdim edəcəyi hesab “Kəpəz” klubu tərəfindən ödənilsin.

Sumqayıtlı azarkeşlər isə “Səbail”lə matçın ikinci hissəsində meydana kənar əşyalar atıblar. Bu isə kluba 1600 manat cərimə bahasına başa gəlib.

A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00