Afrika ölkələri 25 il ərzində vahid valyutaya keçməyi planlaşdırır

Afrika ölkələri 25 il ərzində vahid valyutaya keçməyi planlaşdırır
Want create site? Find Free WordPress Themes and plugins.

2043-cü il üçün Afrika ölkələrinın ümumi mərkəzi bankının yaradilacağı və vahid Afrika valyutasının buraxılacağı planlaşdırılır.

A24.Az yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə bəyanat verən Misirin Mərkəzi bankının rəhbəri Tarek Amer deyib: “Bunun üçün Afrika ölkələrinin müəyyən iqtisadı və maliyyə göstəricilərinə nail olması və ölkələrin sıx əməkdaşlıq etməsi lazımdır. Afrika qitəsinin bank sahəsində böyük və parlaq gələcəyi var və bu sahədə son illər ərzində inkişaf müşahidə olunur”.

O həmçinin bildirib ki, Afrika Mərkəzi Banklar Assosiasiyasının forumunda səslənən ümumi Afrika mərkəzi bankın yaradılması və vahid valyutanın buraxılması barədə təşəbbüsü bütün Afrika ölkələrinin liderləri dəstəkləməlidir.

Qeyd olunur ki, Afrika Mərkəzi Banklar Assosiasiyası Afrika qitəsinin 40 ölkəsini birləşdirir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar