Afrikada inanılmaz toy – hücumdan 5 gün sonra evləndilər

Afrikada inanılmaz toy – hücumdan 5 gün sonra evləndilər
Want create site? Find Free WordPress Themes and plugins.

Zimbabvedə bir-birini sevən cütlük timsahın hücumundan bir neçə gün sonra evlənib.

“A24.az” xəbər verir ki, AP-da yayımlanan məlumata görə, timsahın hücumundan sonra gəlin sağ qolunu itirib.

27 yaşlı Ceymi Foksun dediklərinə görə, bir həftə ərzində onlar böyük şok, ağrı və möhtəşəm təcrübə yaşayıblar. Belə ki, Foks və nişanlısı Zenela Ndlovu Afrikanın ən uzun çaylarından biri olan Zambezidə üzən zaman timsah onlara hücum edib. Hücum zamanı Zenela sağ qolunu itirib və sol qolundan xəsarət alıb. Lakin 5 gündən sonra cütlük heç nəyə baxmayaraq, yerli xəstəxanaların birində evləniblər. Foks toylarını “inanılmaz” adlandırıb:

“Mən nişanlımı xilas etməyə çalışan zaman qışqırırdım. Lakin biz Zenelanı sudan çıxardanda o, ağrılarına görə şikayətlənmirdi, yəqin şoka düşdüyünə görə belə olub. Ümid edirdik ki, həkimlər onun qolunu xilas edəcək, amma bu baş vermədi”, – deyə Ceymi baş verənləri xatırlayıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar