A24 Xeber

Afrin əməliyyatının 25-ci günündə öldürülən terroristlərin sayı açıqlandı – SON DƏQİQƏ

Afrin əməliyyatının 25-ci günündə öldürülən terroristlərin sayı açıqlandı – SON DƏQİQƏ
232
13 Fevral 2018 - 11:18

Türk Silahlı Qüvvələri Afrində başlayan əməliyyatın 25-ci günündə öldürülən terroristlərin sayını açıqlayıb.

A24.az xəbər verir ki, Zeytun budağı əməliyyatının 25-ci günündə türk ordusu 70 terroristi zərərsizləşdirərək öldürülən terroristlərin sayını 1439-a çatdırıb.

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərb hissəsində,  PKK / KCK / PYD-YPG və İŞİD-li terrorçularını sərhəddən uzaqlaşdırmaq, dost və qardaş bölgələrin xalqını zülmdən xilas etmək üçün zərərsizləşdirməyə çalışır. 2018-ci il 17 yanvar tarixindən etibarən başlayan “Zeytun budağı” əməliyyatına Türk ordusu uğurla davam etməkdədir.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00