Afrində öldürülən terroristlərin sayı 712-ə çatdı

Afrində öldürülən terroristlərin sayı 712-ə çatdı
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Baş Qərargahı Suriyanın Afrin şəhərində aparılan “Zeytun budağı” əməliyyatı ilə bağlı məlumat yayıb.

A24.az xəbər verir ki, Afrində terrorist qarşı başladılan Zeytun budağı əməliyyatının 12-ci günü Türk Silahlı Qüvvələrindən verilən açıqlamada hərəkatın başlanğıcından etibarən bu günə qədər 712 terroristin zərərsizləşdirildiyi bildirilib.

Ötən gün PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 22 obyekt dağıdılıb və 63 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, “Zeytin budağı” əməliyyatı çərçivəsində Burseya dağının terrorçulardan təmizlənməsindən sonra ikinci cəbhə olan Afrinin qərbindəki Cinderes və Şeyx Hədid bölgəsindəki təpələrdə nəzarət tamamilə təmin edilib. Terrorçuların uzun müddətdir müdafiə xətti quran Raco bölgəsində strateji əhəmiyyət daşıyan təpələrdə nəzarət ələ keçirilib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar