Afrində son vəziyyət - “Zeytun budağı” 32-ci günündə...

Afrində son vəziyyət – “Zeytun budağı” 32-ci günündə…
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatının bu gün (20 fevral 2018) 32-ci günü yaşanır.

“A24.az” xəbər verir ki, Türk Silahlı Qüvvələri tərəfindən verilən açıqlamaya görə, bu günə qədər zərərsizləşdirilən terrorçuların sayı 1651-ə yüksəlib.

Neçə gündür mediada Suriya ordusunun Afrinə girəcəyi ilə bağlı yayılan xəbərlər haqda rusiyalı siyasətçi Maksim Jaro “Sputnik”ə danışıb. O, YPG/PKK-nın Şam rəhbərliyi ilə anlaşmasına dair iddiaları dəyərləndirib: “Suriyada yaşanan son hadisələr ərazilərin qeyri-rəsmi şəkildə paylaşdırılması ilə bağlıdır. Olanlar ABŞ-ı ciddi şəkildə narahat edir. Orada qarışıq bir ziddiyyətlər yumağı var. Bütün bunlar Suriyanın yeni konstitutsiyasının hazırlanmsı müddətinə kimi həll edilməlidir”.

Rusiya Elmlər Akademiyasının mütəxəssisi Sergey Demidenko isə rus ordusunun Türkiyə ilə münaqişə vəziyyətinə girməməsi üçün Afrinə daxil olmayacağını bildirib.

Bu arada ABŞ müdafiə naziri Jim Mattis Suriyada İŞİD-dən alınan bölgələrin yerli xalqa təslim edilməsi mövzusunda Türkiyə ilə həmfikir olduqlarını və Türkiyə ilə bütün bölgələrdə nəzarəti ələ alan yerli qüvvələrlə birlikdə çalışdıqlarını söyləyib.

Türkiyə sərhədindəki terror təşkilatlarına məxsus sığınacaq və silah anbarlarını məhv edən, Afrin bölgəsindəki kənd və məntəqələri türk snayperçilər qoruyur. Özəl Qüvvələr və komanda ilə birlikdə hərəkət edən snayperçilər 24 saat dayanmadan yüksəkliklərdə əraziləri terrorçulardan qoyurular.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar