Afrində uzunluğu 5 km olan xəndək aşkarlandı - VİDEO

Afrində uzunluğu 5 km olan xəndək aşkarlandı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Silahlı Qüvvələrinin 28 gündür terrorçuları təmizlədiyi Afrin bölgəsində uzunluğu 5 km olan xəndək aşkarlanıb.

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 4 metr hündürlüyü, 3 metr eni olan xəndək Sirgaya Təpəsindən Burseya Dağına qədərdir.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin verdiyi açıqlamaya görə, əməliyyatın (20 yanvar) başaldığı gündən bu yana 63 məntəqə terrorçulardan təmizlənib. Bu günə qədər 32 əsgərin şəhid olduğu, 9 sivil vətəndaşın həyatını itirdiyi əməliyyatla bağlı Türkiyənin Baş Qərargahı açıqlama verib. Açıqlamada bildirilib ki, son bir gündə (15 fevral 2018) quru və hava əməliyyatlarında daha 43 terrorçu zərəsizləşdirilib. Bundan əvvəl məhv edilən 1485 terrorçunun sayı əməliyyatın 28-ci günündə 1528-ə yüksəlib.

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar