Afrində yaralanan 2 türk əsgərin ürək sızladan FOTOSU - "Vətən sağ olsun!" sayıqladılar

Afrində yaralanan 2 türk əsgərin ürək sızladan FOTOSU – “Vətən sağ olsun!” sayıqladılar
Want create site? Find Free WordPress Themes and plugins.

Sosial mediada paylaşılan iki türk əsgərinə aid şəkil minlərlə insanın ürəyini ağrıdıb.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Türk Silahlı Qüvvələrinin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatı 19-cü günündədir.

Əməliyyat zamanı terrorçulara ağır zərbələr endirilən zaman terrorçuların xain hücumunda yaralanan iki əsgərin bir-birinə möhkəmcə sarılmış əlləri sosial mediada paylaşılıb. Xəstəxanada çəkilən şəkildə yaralı türk əsgərlərinin həmin anda belə bir-birindən ayrılmadığı görünür.

İnsanları duyğulandıran bu cümlələri isə MHP Osmaniyə millət vəkili Ruhi Ersoy paylaşıb:

“Dünən gecə Afrində silahlı hücum zamanı yaralanan iki əsgərimiz. Canları çox ağrıyırdı, yaraları çox idi, amma “Vətən sağ olsun!” deyə sayıqlayır, bir-birlərinin əllərini buraxmırdılar. Bax bu əllər milli birlik və dayanışmanın simvolu olmuşdur”.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar