Afrindən ilhamlanan Azərbaycan Qarabağda antiterror əməliyyatı apara bilməzmi? - Hərbi ekspertdən ŞƏRH

Afrindən ilhamlanan Azərbaycan Qarabağda antiterror əməliyyatı apara bilməzmi? – Hərbi ekspertdən ŞƏRH
Want create site? Find Free WordPress Themes and plugins.

“Türkiyənin Afrindəki fəaliyyəti ilə Azərbaycanın Qarabağdakı fəaliyyəti arasında çox böyük fərq var. Həm siyasi, ərazi və məntiqi cəhətdən, həm də məqsəd cəhətdən çox böyük fərqlər var”.

“A24.az” bildirir ki, bu fikirləri sayta açıqlamasında polkovnik Şair Ramadanov deyib. Hərbi-Ekspert “Afrindən ilhamlanan Azərbaycan Qarabağda antiterror əməliyyatı edə bilməzmi” sualına cavabında bildirib ki, Türkiyə hazırda öz ərazisində əməliyyat aparmır, lakin Qarabağ Azərbaycanın öz torpağıdır.

“Bilirsiniz ki, Türkiyə koalisiya tərkibində Suriyada terrorçulara qarşı məhvedici zərbələrdə iştirak eləyir, bu gün Suriyanın terrorçu qruplardan azad edilməsində fəal iştirakçılardan biridir.

Türkiyə öz ərazisində əməliyyat aparmır. Bu əməliyyat terror qrupların həmin ərazidə yerləşən və kürd partiyanın terrorçu qolu olan, təsiri altına düşən və ordakı dinc əhalini məcbur eləyən qruplaşmalara qarşı aparılır. Həmin amillər gələcəkdə Türkiyəyə qarşı müəyyən bir şəkildə təhlükə yarada biləcək səbəblərdir. Onların silahlandırılması da maraqlı tərəflərlə əlaqədardır. Bu da müəyyən şəkildə bir məqsəd daşıyır.

Məlumdur ki, Türkiyənin özündə kürd hərəkatının mövqeyi dost mövqe deyil, hər zaman xaricdən olan müəyyən müdaxilə, ya da hansısa bir dəstək Türkiyənin daxilində terror qruplaşmalarının fəallığı ilə əks olunur. Bunların da mənbəyi hazırda Türkiyə tərəfindən antiterror əməliyyat keçirilən ərazidir. Bu ərazi Türkiyə ilə sərəhəddə olduğu üçün, həmin istiqamətə müəyyən bir şəkildə həm Türkiyə maraqlıdır, həm də cavabdehdir. Belə götürsək, deyure nəzərə alınır ki, Suriyada antiterror əməliyyatının aktiv fazası artıq yekunlaşıb, terrorçular darmadağın ediliblər. Ancaq defakto bilirik ki, orda müəyyən mənbələr var. Həmin mənbələrdən biri də hazırda Türkiyənin antiterror keçirdiyi ərazidir.

Bilirsiniz ki, əməliyyatın əvvəlində Suriyadan Türkiyə tərəfə raket atılmışdı. Düzdü, böyük tələfat olmasa da, bu bir siqnal idi ki, ordan hər zaman hər hansı bir təhlükə ola bilər. Türkiyənin bu əməliyyatda əsas məqsədi ondan ibarətdir ki, terrorçuların yerləşdiyi yerləri darmadağın etmək, müqavimətini sıfıra bərabər etmək, onların hərbi bazalarını sıradan çıxarmaq və bununla da Türkiyə Silahlı Qüvvələrində canlı itkisini minimuma endirməkdir.

O ki, qaldı Qarabağ məsələsinə, ilk olaraq onu demək istəyirəm ki, Qarabağ bizim ərazimizdir. Yəni bizim ərazimiz düşmən tərəfindən işğal olunmuş ərazidir. Biz əməliyyatı Qarabağın işğalçı qüvvələrdən azad olunması əməliyyatı, torpaqlarımızın bütövlüyünün bərpası əməliyyatı, düşməni bizim torpaqlardan qovma əməliyyatı, ümumiyyətlə, bu əməliyyata hansı ad olsa da qoymaq olar, adlandıra bilərik. Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan qanunları ilə yaşamaq istəməyən və bu gün Azərbaycan torpağını  Azərbaycandan ayırmaq istəyən qüvvələri darmadağın etmək, bununla da ərazi bütövlüyünü, hansı ki, bütün beynəlxalq qurumlar tanıyır, bərpa etməkdir. Bu əməliyyat isə nə Türkiyənin. nə də başqa bir əməliyyata bağlı deyil. Bu əməliyyat sırf Azərbaycanın vəzifə borcudur ki, öz torpaqlarını azad etsin”.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar