A24 Xeber

Afrinə 7 km qaldı, hazırda Cinderes bombalanır – “Zeytun budağı” 48-ci günündə…

Afrinə 7 km qaldı, hazırda Cinderes bombalanır – “Zeytun budağı” 48-ci günündə…
163
08 Mart 2018 - 10:43

Türkiyənin terrorçulara qarşı Afrində başlatdığı “Zeytun budağı” əməliyyatı bu gün (8 mart 2018) 48-ci günüdədir.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Afrinin mərkəzinə çatmağa 7 km məsafə qalıb.

Əməliyyatın 47-ci günündə Mehmetçik və ASO qüvvələri Kafr Cenne və Maçaley kəndlərini də ələ keçirməklə Afrinə gedən yola daha da yaxınlaşıblar. Hazırda Cinderesin terrorçulardan təmizlənməsi üçün ərazi bombalanır. Əməliyat zamanı Cinderesdə yerləşən Cinderes təpəsi də terror təşkilatı PKK/YPG-dən təmizlənib.

Türk Silahlı Qüvvələrindən verilən açıqlamaya görə bu günə qədər zərərsizləşdirilən terrorçuların sayı 1960 nəfər, ələ keçirilən mövqelərin sayı isə 156-dır.

BMT Afrindən yerli sakinlərin təxliyə edilməsi ilə bağlı terror təşkiları PKK/YPG ilə danışdıqlarını, lakin problemlərlə qarşılaşdıqlarını bildirib.

Həmçinin “Zeytun budağı” əməliyyatına dəstək vermək məqsədi ilə Suriya sərhəddindəki qoşunlara yeni hərbiçilər göndərilib. Artıq hərbi qoşunların Türkiyənin Hatay bölgəsinəçatdıqları deyilir.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

Firuzə Alimova / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00