Afrinin Türkiyə ilə şimal sərhədi tamamilə bağlandı – XƏRİTƏ

Afrinin Türkiyə ilə şimal sərhədi tamamilə bağlandı – XƏRİTƏ
Want create site? Find Free WordPress Themes and plugins.

Afrinin Türkiyə sərhəddi olan şimal hissəsində əhəmiyyətli bir irəliləyiş yaşanıb.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, terrorçulardan təmizlənən 5 kəndlə birlikdə Afrinin şimalındakı Türkiyə sərhədi bağlanıb.

Qeyd edək ki, ötən gün Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin şimal qərbindəki Şeyh Muhammədli, Dudu, Semalık, Velikli, Kavanda kəndlərini terrorçulardan təmizləyib. Beləliklə, YPG/PKK-nın işğalı altında olan bölgənin Türkiyə ilə şimal sərhədi terrorçulardan təmizlənmiş olub.

TSQ və əməliyyata dəstək verən ASO-nun qüvvələri ilk gündən bu yana YPG/PKK-İŞİD-in işğalında olan Afrində biri şəhər mərkəzi olmaqla, 80 kənd, 6 kənd-qəsəbə, 20 strateji əhəmiyyətli dağ-təpə, biri YPG/PKK-ya aid hərbi baza olmaqla 109 mövqe terrorçulardan alınıb.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar