Afrinin xəritədəki son görüntüsü - Aypara genişlənir - "Zeytun budağı" 33-cü günündə...

Afrinin xəritədəki son görüntüsü – Aypara genişlənir – “Zeytun budağı” 33-cü günündə…
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatı bu gün 33-cü gününə girib.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türk Ordusu PKK, PYD, YPG, İŞİD qruplaşmalarına qarşı keçirilən əməliyyatda indiyədək 1715 terrorçunu zərərsizləşdirib.

Əməliyyatlar zamanı 61 kənd, 20 strateji məntəqə daxil olmaqla 89 mövqe terrorçulardan təmizlənib.

Türkiyə mediasında yayımlanan xəbərlərdə TSQ və ASO fevralın 20-də Afrinin şimalında yerləşən Çarkanlı, Sorani, Heyyani, şimal-qərbindəki, Burseya yaxınlığında Zeytunə və Arpaviran kəndlərini ələ keçirərək Afrinin şimalındakı ayparanı genişləndirib.

Azez və Şeyh Horoz arasındakı yol açıldığı üçün Azez – Bülbül arasındakı torpaqlar birləşdirilmiş oldu. Cənubda Cinderesin cənub – qərbindəki Mervane və Heygece kəndləri də terrorçulardan alınıb. Azad Suriya Ordusuna məxsus qüvvələr Cinderes kənd mərkəzini görən təpələri aldıqlarını bildirib.

Beləliklə, cənubda Türk Ordusunun ayparanı genişləndirərək İdlib bölgəsinə doğru gedib çıxdığı diqqət çəkib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar