Afrinlə əlaqə tamamilə kəsildi - Son 4 kənd artıq TSQ-nin nəzarəti altında

Afrinlə əlaqə tamamilə kəsildi – Son 4 kənd artıq TSQ-nin nəzarəti altında
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrində “Zeytun budağı” hərəkatını davam etdirir.

A24.az xəbər verir ki, əməliyyatların 57-ci günündə türk ordusu strateji əhəmiyyətə malik Meydanki qəsəbəsini ələ keçirib.
Bununla da müxaliflər bölgəni su və elektrik enerjisi ilə təmin edən Meydanki stansiyasını nəzarətə alıblar.

Bu arada Azad Suriya Ordusu Afrin şəhərinin girişindən ilk fotonu paylaşıb. Məlumatlara görə, müxaliflər bu ərazidən dinc sakinlərin asanlıqla döyüş bölgəsini tərk etməsinə yardım göstərir.

Bu gün Mabatlı kəndi ilə Afrin mərkəzi arasındakı son məntəqənin azad edilməsi gözlənilir.

Türkiyə Silahlı Qüvvələri Afrində daha 4 kəndi azad edib.

Əməliyyatla bağlı son məlumatları TSQ Baş Qərargahı yayıb. Bununla da Afrin ilə Mabatlı arasındakı əlaqə kəsilib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar