Ağ Ev: İrana qarşı yeni sanksiyalara hər zaman hazırıq

Ağ Ev: İrana qarşı yeni sanksiyalara hər zaman hazırıq
Want create site? Find Free WordPress Themes and plugins.

 “ABŞ hələlik İran əleyhinə yeni sanskiyalar tətbiq etmir. Lakin həmişə bu imkanları nəzərdən keçirir”.

A24.Az “Report”a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Sara Sanders deyib.

“Bizim sanksiyalarla bağlı heç bir yeni elanımız yoxdur. Lakin həmişə irəli hərəkət etmək, amerikalıları müdafiə etmək və prezidentin gündəliyini irəli çəkmək üçün ən yaxşı vasitəyə baxırıq”, – deyə Sanders brifinqdə bildirib.

Bu mənada mətbuat katibi ABŞ-ın İran əleyhinə, Britaniyanın, Fransanın və Almaniyanın təklif etdiyi yeni sanksiyalara hazır olması barədə suala cavab verib. “Reuters”in məlumatına görə, London, Paris və Berlin Aİ üzvü olan dövlətlərə İranın raket proqramı və Suriyadakı münaqişə ilə bağlı mövqeyinə görə, bu ölkəyə qarşı yeni sanksiyaların irəli sürülməsini təklif ediblər.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar