A24 Xeber

Ağ Ev: Nümayəndə heyətimiz ABŞ-Şimali Koreya sammiti üçün Sinqapura gedəcək

Ağ Ev: Nümayəndə heyətimiz ABŞ-Şimali Koreya sammiti üçün Sinqapura gedəcək
33
26 May 2018 - 21:16

ABŞ nümayəndə heyəti daha əvvəl planlaşdırdığı kimi ABŞ və Şimali Koreya liderləri arasında baş tutacaq sammitinin hazırlıqları üçün Sinqapura gedəcək.

A24.Az xəbər verir ki, bu sözləri Ağ Evin sözçüsü Sarah Sanders deyib.

Mətbuat nümayəndələrinə mövzu ilə bağlı açıqlama verən Ağ Ev sözçüsü Sarah Sanders “Ağ Evin qabaqcıl qrupu, daha əvvəl planlaşdırdığı kimi sammitin reallaşması ehtimalına qarşı hazırlıq görmək üçün Sinqapura hərəkət edəcək” deyə bildirib. Ancaq Sanders, sammitin tarixi barədə dəqiq məlumat verməyib. ABŞ-da nəşr olunan Politico jurnalı daha əvvəl Ağ Ev və ABŞ Xarici İşlər Nazirliyindən planlaşdırılan zirvənin logistika işləri üçün təxminən 30 nəfərin Sinqapura gedəcəklərini bildirmişdi. Xəbərdə, sabah Sinqapura yola çıxmağı proqramlaşdıran ABŞ nümayəndə heyətinin planlarının hələ də qüvvədə olduğu ifadə edilmişdi.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnə məktub yazaraq onunla planlaşdırdığı kimi, 12 İyunda Sinqapurda görüşməyəcəyini çatdırmış, təxirə salma qərarını Şimali Koreya liderinin son çıxışlarında ABŞ-a qarşı çox şiddətli qəzəb və açıq düşmənçilik göstərməklə izah etmişdi.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00