Ağ evin taleyini "Gizli Eşq"mi dəyişdirdi? - SENSASİYA

Ağ evin taleyini “Gizli Eşq”mi dəyişdirdi? – SENSASİYA
Want create site? Find Free WordPress Themes and plugins.

8 il boyunca Barak Obamanın köməkçisi olmuş Co Baydenin ailəsi haqqında sensassion xəbərlər yayılıb.

A24.Az xəbər verir ki, Co Baydenin oğlu Hunter Baydenin 2015-ci ildə beyin xərçənginə görə həyatını dəyişən qardaşı Beau Baydenin həyat yoldaşı ilə birlikdə olduğu iddia edilib. İkilinin bundan öncəki evliliklərindən 5 uşaqları var.

Mətbuata danışan Hunter Bayden bunları deyib: “Hallie və mən bir-birimizi tapdığımız və çox çətin zamanlarda bir-birimizə dəstək olduğumuz üçün çox şanslıyıq. Bizi hər addımımızda dəstəkləyən ailəmiz, dostlarımız olduğu üçün də çox şanslıyıq”.

İkilinin Beau Baydenin ölümündən 5 ay sonra münasibətə başladıqları və Co Bayden ilə həyat yoldaşı Cill Baydenin də dəstəklədiyi deyilir. Co Bayden 2015-ci ildə ölən oğlunun ardınca vitse-prezidentliyə namizəd olmayacağını açıqlayıb. Amerikan mətbuatı yazıb ki, Conun bu qərarının ardında ailəsində yaşanan eşq durur.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar