Ağac kəsimləri davam edir: Bu dəfə təbiətə 1500 manat məbləğində ziyan vuruldu

Ağac kəsimləri davam edir: Bu dəfə təbiətə 1500 manat məbləğində ziyan vuruldu
Want create site? Find Free WordPress Themes and plugins.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, Məhəmməd Hadi küçəsində ağac kəsintisi ilə bağlı daxil olan məlumat Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirlikdən A24.Az-a verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı 38-42 sm diametrliyində köküstə yaş söyüd ağacının kəsildiyi aşkar edilib və təbiətə 1500 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Xətai Rayon Polis Şöbəsinə məktub göndərilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Xətai Rayon Prokurorluğuna müraciət edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar