A24 Xeber

Ağaclarla bağlı YENİ QAYDA

Ağaclarla bağlı YENİ QAYDA
75
30 Yanvar 2018 - 19:40

Ağac və kolların əkilməsi zamanı onların bina, qurğu, infrastruktur, mühəndis və başqa obyektlərdən minimal yerləşdirilməsi məsafəsi müəyyənləşib.

Nazirlər Kabinetinin təsdiq etdiyi “Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)”na əsasən, yaşıllıqlar salınan zaman ağacın gövdəsi bina və qurğunun xarici divarından minimum 5 metr məsafədə, kolun topa kökü isə minimum 1,5 metr məsafədə olmalıdır.

 Ağacın gövdəsi və kolun topa kökü dəmiryol xətti döşəməsinin kənarından minimal 5 metr və 3 metr məsafədə olmalıdır. Bundan əlavə ağacın gövdəsi və kolun topa kökü müvafiq olaraq şəki və bağ yollarının kənarlarından 0,7 metr və 0,5 metr, yolun keçid hissəsinin kənarlarından, bərkidilmiş yol çiyinlərinin və ya xəndəklərin kənarından 2 metr və 1 metr, işıqlandırma dirək və dayaqlarından, terrasların ətəyindən 1 metr və 0,5 metr, dayaq divarlarının daxili və xarici sərhədlərindən 3 metr və 1 metr aralı olmalıdır.

Yeraltı şəbəkələrdə isə, ağacın gövdəsi və kolun topa kökü qaz və kanalizasiya xətlərindən 1,5 metr və 1 metr, istilik xətti kanalının divarlarından və boru xətlərindən 2 metr və 1 metr, rabitə və elektrik xətlərindən 2 metr və 0,7metr məsafədə olmalıdır.

A24.Az
OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00