Ağcabədidə 2 raket və 1 mina aşkarlanıb - FOTO

Ağcabədidə 2 raket və 1 mina aşkarlanıb – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Aprelin 28-də saat 18:50-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 18:52-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində 1 ədəd minanın tapılması barədə məlumatlar daxil olub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) A24.Az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağcabədi Rayon Polis Şöbəsinin əməliyyatçıları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Qarqar çayının qurumuş yatağına baxış keçirib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 1 ədəd raket (PQ-7) aşkar olunub. Aşkar olunmuş mina və raketin daşınmasının təhlükəli, havanın isə qaranlıq olması ilə əlaqədar olaraq aşkar olunmuş obyektlər və ərazi mühafizə üçün işarələnərək Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib. Əməliyyat axtarış tədbirləri bu gün səhər saatlarından davam etdirilmiş, əməliyyat zərurəti ilə əlaqədar olaraq əlavə işçi qüvvəsi cəlb olunub. Həmin obyektlərdən başqa daha 1 ədəd PQ-7 raketinin motor hissəsi aşkar olunub.

Aşkar olunmuş 2 ədəd raket və 1 ədəd piyada əleyhinə mina partlayış yolu ilə yerində zərərsizləşdirilib.

agcabedide 2 raket ve 1 mina askarlanib foto

 A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar