A24 Xeber

Ağcabədidə oğul avtomobillə qəsdən atasını vuraraq öldürdü

Ağcabədidə oğul avtomobillə qəsdən atasını vuraraq öldürdü
46
28 İyul 2018 - 13:28

Ağcabədidə oğul avtomobillə qəsdən atasını vuraraq öldürüb. 

A24.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, iyulun 27-də Ağcabədi rayon sakini Mirzəxan Baxşəliyev yaşadığı Qaradolaq kəndi ərazisindəki “Ağgöl” adlanan fermanın həyətində idarə etdiyi “Niva” markalı avtomobillə qəsdən atası Musa Baxşəliyevi və ögey anası Dilarə Baxşəliyevanı vurub könüllü olaraq polisə gəlib.

Musa hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən Dilarənin vəziyyəti orta-ağırdır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00