A24 Xeber

Ağcabədidə yol qəzası: Ölən var

Ağcabədidə yol qəzası: Ölən var
32
20 May 2018 - 3:48

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qiyamədinli kəndində qeydə alınıb. Ağdam rayon sakini   Qəhrəmanov Qırımxan Qəhrəman oğlu idarə etdiyi 02 KX 819 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobillə hərəkətdə olan “Belarus” markalı traktorla toqquşub. Nəticədə minik  avtomobilinin sürücüsü Q.Qəhrəmanov hadisə yerində həyatını itirib, sərnişin Cavadov Rəşad İlqar oğlu isə müxtəlif bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb,  traktor sürücüsünün kimliyi araşdırılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00