Ağcaqanad əleyhinə dərmanlar insana ziyandırmı?

Ağcaqanad əleyhinə dərmanlar insana ziyandırmı?
Want create site? Find Free WordPress Themes and plugins.

Yay fəslinin dəbdə olan vasitələrindən biri də ağcaqanad və digər həşəratlar əleyhinə nəzərdə tutulan dərmanlardır.

Bu günə kimi məişətdə məxsusi olaraq ağcaqanadlara qarşı bir neçə “sınanmış vasitə” tətbiq olunsa da, etriaf etməliyik ki,  onların heç biri xüsusi kimyəvi tərkibli dərmanlar qədər effektiv olmayıb.

“A24.az” bildirir ki, ağcaqanad əleyhinə dərmanların müxtəlif növləri və fərqli istifadə qaydaları var. Son vaxtlar bunların içərisində ən çox üstünlük veriləni isə xüsusi qabda enerji şəbəkəsinə qoşulan dərmanlardır. Bəs istifadəsi xeyli asan olan və ağcaqanadları bir göz qırpımında məhv edən bu vasitələr insan orqanizminə necə təsir göstərir? Hansı növ dərmanlar daha ziyanlıdır? Mövzu ilə bağlı ekspertlərin fikirini öyrəndik.

Həkim-terapevt Məlahət Abbasova deyir ki, həşəratlar əleyhinə olan dərmanlar insan orqanizminə bir o qədər də zərərli təsir göstərmir: “Amma əgər evdə körpə uşaq varsa, məsləhətdir ki, bu dərmanlardan mümkün qədər istifadə olunmasın. Çünki körpə uşaqların immun sistemi möhkəmlənməyib. Bu dərmanlar uşaqlarda ürəkbulanma, başgicəllənmə, qusmaya səbəb ola bilər. Böyüklərdə immun sistemi güclü olduğuna görə bu dərmanlar zərərli hesab olunmur. Allergiyası olan şəxslər də bu dərmanlardan istifadə edərkən ehtiyalı olmalıdırlar. Ağcaqanad dərmanları orqanizmdə allergiyanın güclənməsinə səbəb olur. Ümumiyyətlə götürdükdə, istifadə formasından asılı olmayaraq, bütün növ həşərat dərmanları orqanizm üçün zərərli hesab oluna bilər”.

Kaspi.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar