Ağdamda güclü yağış, Qaxda külək: ağaclar aşdı, evləri su basdı (FOTO/VİDEO)

Ağdamda güclü yağış, Qaxda külək: ağaclar aşdı, evləri su basdı (FOTO/VİDEO)
Want create site? Find Free WordPress Themes and plugins.
Ağdamda ötən gün yağan yağış nəticəsində məcburi köçkünlərin evlərini su basıb.
A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Üçoğlan kəndində qeydə alınıb.
Bir neçə saat davam edən yağış əkin sahələrinə də ziyan vurub. Dəymiş ziyanla bağlı Ağdam Rayon Fövqəladə hallar Komissiyası araşdırma aparır.
Qax rayonunda isə ötən gün axşam saatlarında əsən güclü külək və onunla müşaiyət olunan yağış fəsadlar törədib.
Rayonun Qıpçaq kəndində bir neçə tikilinin dam örtüyü uçub, iri gövdəli ağaclar avtomobil yollarına aşıb. Bundan başqa, taxıl sahələrinə də ziyan dəyib.
Qax Rayon İcra Hakimiyyətinin Qıpçaq kəndi üzrə icra nümayəndəsi Şahin Xurşudov bildirib ki, ərazidən nümayəndəliyə 5 müraciət daxil olub və tədbirlər görülüb:
“Gecə saatlarından etibarən yollara aşmış ağaclar kəsilərək ərazi təmizlənib. Külək nəticəsində kəndin elektrik enerjisi ilə təchizatına da ziyan dəyib, işıq sönüb. Hazırda qəza baş verən yerlərdə bərpa işləri görülür”.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar