Ağdamda Heydər Əliyev Mərkəzinin inşası başa çatıb

Ağdamda Heydər Əliyev Mərkəzinin inşası başa çatıb
Want create site? Find Free WordPress Themes and plugins.

Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin inşası başa çatıb.

“A24.az” AZƏRTAC-a istinadən xəbər verir ki, müasir və klassik memarlıq elementlərini özündə birləşdirən binanın ümumi sahəsi 937 kvadratmetrdir. Mərkəzdə akt, iclas və nikah mərasimi zalları, kompyuter, xarici dil kursları, elektron kitabxana, rəsm, heykəltəraşlıq və xalçaçılıq qalereyası, inzibati otaqlar, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün 3D formatında kinoteatr və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlardan ibarət muzey fəaliyyət göstərəcək. Hazırda Mərkəzdə mebel və digər avadanlıqlar quraşdırılır.

Heydər Əliyev Mərkəzinin həyətində açıq səma altında səhnə, işıqlandırma sistemi qurulub, yaşıllıqlar salınıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar