Ağlasığmaz hadisə! Millət vəkili müdiri tərliklə döydü - FOTO

Ağlasığmaz hadisə! Millət vəkili müdiri tərliklə döydü – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Hadisə çərşənbə günü Hindistan hava yollarının Pune-Yeni Delhi səfərini həyata keçirən təyyarədə baş verib.

A24.Az xəbər verir ki, tələb olmadığına görə təyyarədə “business class” mərtəbəsi yığışdırılıb və bu xəbər də sərnişinlər arasında olan sağçı Siv Sena partiyasını millət vəkili Ravindra Gaikvadın xidmətli personalına öncədən bildirilib. Buna baxmayaraq, təyyarə Yeni Dehliyə enəndən sonra millət vəkili təyyarədə çalışan işçilərə bağırmağa başlayıb. Deputat yarım saat boyunca təyyarədən enmədiyi üçün hava yollarının növbətçi uçuş müdiri R. Skumar çağırılıb.

Gaikvar öncə ondan yerə enməsini tələb edən Skumara sillə vurub. Daha sonra onu yerə yıxaraq eynəyini sındırıb və 60 yaşlı növbətçi müdiri tərliyi ilə döyməyə başlayıb. Ətrafdakıların müdaxiləsi ilə R.Skumar xilas edilib.

Hindistan hava yolları dərhal məsələ ilə bağlı polisə şikayət edib. Təyyarədən endikdən sonra millət vəkili jurnalistlərə açıqlama verib:

“Mən BJP (Hakimiyyətdə olan Bharatiya Janata Partiyası) millət vəkili deyil, Şiv Sena Partiyasının millət vəkiliyəm. 25 dəfə tərliklə vurdum. Hava yolları şirkəti məni polisə şikayət edib. Etsin, mən də onu məclis başçısına və digər yerlərə şikayət edəcəyəm”.

Skumar isə “İstədiyi şeyin mümkün olmadığını deyəndə kobudlaşdı və söyüş söyməyə başladı. Millət vəkillərimiz belə davranırsa, Tanrı Hindistanı qorusun” deyə açıqlama verib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar