A24 Xeber

Ağstafada bıçaqlanan şəxs daha sonra avtomobillə vuruldu

Ağstafada bıçaqlanan şəxs daha sonra avtomobillə vuruldu
36
30 Aprel 2018 - 22:14

 Ağstafa rayonunda bıçaqlanan şəxs daha sonra avtomobillə vurulub.

A24.Az “Report”a istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü Qazax rayon sakini Dağkəsəmən kəndində qohumunun toy məclisindən çıxdıqdan sonra taksi kimi fəaliyyət göstərən 1974-cü il təvəllüdlü Ağstafa sakini Rövşən Allahverdiyevə yaxınlaşaraq onu aparmasını istəyib.

Daha sonra onların arasında mübahisə düşüb. Bu zaman sürücü sərnişini bıçaqla vurub. Ardınca maşına minən R.Allahverdiyev idarə etdiyi “Nazlifan” markalı avtomobil ilə hadisə yerindən uzaqlaşmaq istəyərkən, maşınla Q.Ocaqquliyevi vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00