Ağstafada cinayət - Ərə getməyən 56 yaşlı qadına əmisi oğlu...

Ağstafada cinayət – Ərə getməyən 56 yaşlı qadına əmisi oğlu…
Want create site? Find Free WordPress Themes and plugins.

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

A24.Az “Report”un Qərb bürosununa istinadən xəbər verir ki, hadisə axşam saatlarında, rayonun Köçəsgər kəndində baş verib.

Kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Ayaz Nizami oğlu naməlum şəxs tərəfindən sol kürək nahiyəsindən bıçaqlanaraq ağır yaralanıb. O, yaxınları tərəfindən Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

A. Əliyev polisə yıxılaraq yaralandığını bildirib. Daha sonra aparılan araşdırmalar nəticəsində hadisəni törədən şəxsin A.Əliyevin əmisi qızı olduğu müəyyən edilib.

İlkin məlumata görə, 56 yaşlı qadın əmisi oğlunu ona qarşı xoşagəlməz ifadələr işlətdiyi üçün bıçaqlayıb. Belə ki,  A.Əliyev sərxoş halda ailə həyatı qurmayan əmisi qızına qarşı xoşagəlməz ifadələr işlədib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Bu zaman qadın bıçağa əl atıb və A.Əliyevə xəsarət yetirib.

Hadisəni törətmiş şəxs saxlanılıb.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar