Ağzı söyüşlü prezidentin impiçmenti tələb edilir

Ağzı söyüşlü prezidentin impiçmenti tələb edilir
Want create site? Find Free WordPress Themes and plugins.

Filippində müxalifətdən olan deputat ağır cinayətlərə, hakimiyyətdən və ictimai etibardan sui-istifadəyə görə ölkə konqresinə prezident Rodriqo Dutertenin impiçmentini tələb edən müraciət ünvanlayıb.

A24.Az xarici KİV-ə istinadən xəbər verir ki, müxalifətdən olan deputat Qeri Alexano R.Duterteni impiçment qaydasında təqib olunan cinayətlərdə günahlandırıb.

Q. Alexano qeyd edib ki, iddianın məqsədi filippinlilərə “Duterte tərəfindən yol verilən qayda pozuntularına və cinayətlərə qarşı mübarizə aparmaq” imkanı yaratmaqdır. Bununla yanaşı, deputat etiraf edib ki, bu, qeyri-bərabər mübarizədir.

Bu ərəfədə kütləvi-informasiya vasitələri prezident R.Dutertenin Davao şəhərinin meri olarkən xüsusi “məhv edənlər dəstəsi”nin üzvlərinə pul ödəyərək cinayətkarları öldürmək barədə göstəriş verməsi barədə məlumatlar yayıblar.

Filippin prezidenti narkotik vasitələrdən asılı olan insanlara və bu maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olanlara qarşı genişmiqyaslı əməliyyatlar aparır. BMT-nin yaydığı son məlumatlara görə, R.Duterte hakimiyyətə gələndən ölkədə 6 mindən çox insan narkotik ticarətlə məşğul olduğuna görə qətlə yetirilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar