Aİ ölkələri İranla məsləhətləşmələr aparıb

Aİ ölkələri İranla məsləhətləşmələr aparıb
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Romada İran və Aİ ölkələrinin iştirakı ilə bölgə və Yəməndəki vəziyyətə həsr olunmuş siyasi məsləhətləşmələr aparılıb.

A24.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ xarici siyasət xidmətinin yaydığı məlumatda bildirilir. Məlumata görə, tərəflər Brüsseldə eyni formatda görüşün keçirilməsinə dair razılığa gəliblər.

Məsləhətləşmələr  Aİ xarici siyasət xidmətinin baş katibi Helqa Şmidin sədrliyi ilə keçirilib. Görüşdə Almaniya, İtaliya, Britaniya və Fransa XİN-nin rəhbər şəxsləri iştirak edib.

İran nümayəndə heyətinə xarici işlər nazirinin müavini Hüseyn Cabir Ənsari rəhbərlik edib.

 Qeyd edək ki, bundan əvvəl analoji görüş 2018-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmişdi.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar