A24 Xeber

Akif Əlizadə yenidən AMEA prezidenti seçildi – FOTOLAR

Akif Əlizadə yenidən AMEA prezidenti seçildi – FOTOLAR
55
08 İyun 2018 - 15:11

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə seçki keçirilib.

“A24.az”ın məlumatına görə, səsvermədə 66 nəfər iştirak edib. AMEA-nın prezidenti vəzifəsinə bu qurumun hazırkı rəhbəri akademik Akif Əlizadə seçilib.

Ümumi yığıncaqda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın həqiqi üzvü, professor Nərgiz Paşayeva, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, dövlət rəsmiləri, akademiyanın həqiqi və müxbir üzvləri, deputatlar, ali məktəb rektorları iştirak edirlər.

Seçkilərinin nəticələri elan olunduqdan sonra A.Əlizadə deyib: “Bundan sonra da var gücümlə çalışacağam. Qarşımıza qoyulan hədəflərə nail olmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev elmimizin qarşısına mühüm vəzifələr qoyub: “Azərbaycan elmi irəlidə olmalıdır. Bu vəzifələrin icrası bizim elmimizin əsas inkişaf yoludur. Biz Akademiyada aparılan islahatları bir qədər də dərinləşdirməli, intibah yolunu bir qədər də genişləndirməliyik. Qarşımızda duran ən böyük məsələ budur”.

Qeyd edək ki, A.Əlizadə AMEA-nın prezidenti vəzifəsinə 2013-cü ildə Akademiyanın prezidenti Mahmud Kərimovun vəfatından sonra seçilib. Buna qədər isə o, Akademiyanın vitse-prezidenti olub.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00