Albaniyanın dövlət başçısı İlham Əliyevi təbrik etdi

Albaniyanın dövlət başçısı İlham Əliyevi təbrik etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Albaniya Prezidenti İlir Meta Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. 

Təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi inamlı qələbəniz, yenidən çox böyük ictimai dəstəklə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Ali dövləti fəaliyyətinizdə və dost Azərbaycanı daha da inkişaf etdirməkdə Sizə uğurlar arzulayıram.

Yeni mandatınız dövründə ölkələrimiz və xalqlarımız arasında sıx dostluq münasibətlərinin, xüsusilə iqtisadi və ticari sahələrdə daha da güclənəcəyinə və intensivləşəcəyinə qəti inamımı ifadə edirəm. Əminəm ki, TAP və İAP qaz kəmərləri kimi böyük layihələrin həyata keçirilməsinə və gələcəkdə Albaniyanın qazlaşdırılması imkanına Azərbaycan Hökumətinin və şəxsən Sizin göstərdiyiniz dəstəklə ölkələrimiz arasındakı əməkdaşlıq münasibətləri qarşılıqlı maraq doğuran digər sahələrdə də genişlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, bir daha Sizi münasib bildiyiniz vaxtda Albaniyaya dövlət səfərinə dəvət etmək arzumu ifadə etmək istəyirəm. İnanıram ki, bu səfər Albaniya və Azərbaycan arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına daha sanballı töhfə verəcək.

Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycana və onun xalqına daha sürətli inkişaf və rifah arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar