Ali Məhkəmə ANS-in şikayətinə baxacaq

Ali Məhkəmə ANS-in şikayətinə baxacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Ali Məhkəmənin ANS-in lisenziyasının ləğvi barədə qərardan verilən şikayətə nə vaxt baxacağı məlum olub.

“A24.Az” APA-ya istinadən xəbər verir ki, ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesinin vaxtı açıqlanıb. Məlumata görə, məhkəmə prosesi sentyabrın 8-də Ali Məhkəmədə hakim Sevda Hüseynovanın sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

Eyni zamanda, MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsində isə ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Media
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar