Ali məktəblərə qəbul planı 4515-ə qədər artırılıb 

Ali məktəblərə qəbul planı 4515-ə qədər artırılıb
Want create site? Find Free WordPress Themes and plugins.

“2018-2019-cu tədris ili üçün bakalavr səviyyəsi üzrə qəbul planı təxminən 2303 yer (5,37 %) artırılaraq 45159-a çatdırılıb”.

A24.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, heç bir ixtisas qrupu üzrə qəbul planında azalma yoxdur: “İxtisas qrupları üzrə artım müxtəlifdir. Qəbul planı I ixtisas qrupunda 4%, II qrupda 3,5%, III qrupda 9%, V qrupda isə 8% artıb”.

M.Abbaszadə əlavə edib ki, qəbul planında dövlət sifarişli yerlərin sayı 1,3 % artıb: “Bu da keçən illə müqayisədə 32 yer artım deməkdir. Müxtəlif artma o demək deyil ki, bütün universitetlərdə plan yerlərinin sayı artıb. Misal olaraq, Azərbaycan Tibb Universitetində plan yerlərinin 26 % azalıb. Müəyyən universitetlərdə isə yeni ixtisaslar açılaraq plan yerlərinin sayı artıb”.

Direktorlar Şurasının sədri vurğulayıb ki, 9 illik bazadan kolleclərə qəbul planı 5% (572 yer) azalıb, 11 illik orta təhsil bazadan isə qəbul planı ötən ilə nisbətən 21% artıb: “11 illik bazadan kolleclərə qəbul planı 9 687 yerdir. Keçən il isə bu rəqəm 8004 idi. Təxminən 1683 yer artıb”.

(Report)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar