Alim Nəbiyev finalda erməni idmançıya uduzdu

Alim Nəbiyev finalda erməni idmançıya uduzdu
Want create site? Find Free WordPress Themes and plugins.

İyunun 2-də Böyük Britaniyanın Birmingem şəhərində peşəkar kikboksçular arasında “Glory 54” turniri keçirilib.

A24.Az xəbər verir kiAzərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Alim Nəbiyev yarımorta çəki dərəcəsində final döyüşündə Belçikada yaşayan Ermənistan idmançısı Harut Qriqoryanla üz-üzə gəlib.

Beş raundluq döyüşdə hakimlər qələbəni erməni idmançıya verib.

Döyüşdən sonra Qriqoryan etiraf edib ki, diz ilə çox zərbə buraxıb.

Bu, hesabında 49 qələbə və 6 məğlubiyyət olan Alimin peşəkar rinqdə 56-cı döyüşü idi.

A.Nəbiyev finaladək fransalı Cimmi Vienot, hollandiyalı Niki Holsken və Kamerun əsilli fransalı Sedrik Doumbeyə qalib gəlib.//Oxu.az

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar