Alimlər arasında da ev davası gedir - “Hamısı ağıllı deyil ki!”

Alimlər arasında da ev davası gedir – “Hamısı ağıllı deyil ki!”
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 54 alimə mənzil verilməsi məsələsi bir çox alimlərin narazılığına səbəb olub. Bəzi alimlər müqavilədə göstərilən şərtlərə əməl olunmadığını deyirlər.

A24.Az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibəyli Modern.az-a açıqlamasında deyib ki, narazılıqların əsası yoxdur:

“AMEA mənzil bölgüsü zamanı ilk növbədə ciddi ehtiyacı olan elmlər doktoru və elmlər namizədlərinə üstünlük verib. Bu da sənədlərdə öz təsdiqini tapıb.

Qaldı ki, mənzil məsələsində narazılığa, bunu araşdırmaq lazımdır. Çünki mənzil davası edənlərin hamısı ağıllı deyil ki! AMEA-da ümumi prinsiplər əsas götürülür. Real stajı, ehtiyacı olan, yataqxanada yaşayan elmlər doktoru və elmlər namizədinin hamısı ev alıb. Konkret bir-iki adamın narazılığı barədə dəqiq məlumat bilmirəm. Hesab edirəm ki, AMEA-nın prinsipləri doğrudur”.

Qeyd edək ki, alimlərə mənzil verilməsi AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən həyata keçirilib. Belə ki, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanındakı yataqxananın ərazisində yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsi işi aparılıb

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar