Alimlər beynin “Google Glass” eynəyinə reaksiyasını araşdırırlar

Alimlər beynin “Google Glass” eynəyinə reaksiyasını araşdırırlar
Want create site? Find Free WordPress Themes and plugins.

Alimlər insan beyninin “Google Glass” eynəyinə reaksiyasını araşdırırlar.

Müvafiq prosesləri izləmək məqsədilə onlar sınaq iştirakçılarının istifadə edəcəyi portativ qurğu hazırlayıblar.

“A24.az” -ın məlumatına görə, AZƏRTAC “planet-today.ru” saytına istinadla xəbər verir ki, Dreksel Universitetinin əməkdaşları məhz “Google Glass” eynəklərinin, habelə digər bu cür qurğuların insan beyninə necə təsir etdiyini öyrənməyi planlaşdırırlar. Tamamlanmış reallıq eynəklərinin insanın təfəkkür orqanına mühüm təsir göstərməsi yenilik deyil, lakin bu prosesin xüsusiyyətləri hələ də az tədqiq edilib.

Alimlərin hazırladıqları portativ qurğu insan beyninin fəallığını ölçən infraqırmızı spektroskopiya əsasında işləyir. Güman edilir ki, bu devays tədqiqatçılara “Google Glass” eynəklərinin beyində cərəyan edən müxtəlif proseslərə əsas təsir prinsiplərini başa düşməkdə kömək edər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar