Alimlər ən İdeal səhər içkisini müəyyən edib: Bu nə qara çay, nə də qəhvədir...

Alimlər ən İdeal səhər içkisini müəyyən edib: Bu nə qara çay, nə də qəhvədir…
Want create site? Find Free WordPress Themes and plugins.

Səhər içdiyimiz çay və qəhvə orqanizmi tonuslaşdırır, insanı daha gümrah edir.

Lakin alimlərin fikrinə görə, ideal səhər içkisi nə qara çay, nə də qəhvədir. 

A24.Az xarici KİV-lərə istinadla xəbər verir ki, alimlərin fikrinə görə bu zəncəfilli çaydır.

Zəncəfilli çayı təbii energetik içki hesab etmək olar. Onun orqanizmə olan tonuslaşdırıcı təsiri qara çay və qəhvədən daha uzunmüddətlidir.

Həmçinin zəncəfilli çay qan dövranını və mübadilə proseslərini sürətləndirir, immun sistemini gücləndirir, orqanizmə iltihab və mikrob əleyhinə təsir edir.

Digər faydalı səhər içkisi kasnıdan hazırlanan və dadı qəhvəyə bənzəyən içkidir. Lakin qəhvədən fərqli olaraq onun tərkibində kofein yoxdur. B qrupu vitaminləri ilə zəngin olan kasnı sinir sistemini möhkəmləndirir.

3-cü yerdə bal və limon əlavə olunmuş adi ilıq sudur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar