Alimlər “inqilab” yaradacaq əməliyyat: Gövdə hüceyrələrinin köçürülməsi üzrə 

Alimlər “inqilab” yaradacaq əməliyyat: Gövdə hüceyrələrinin köçürülməsi üzrə
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Kaliforniya Universitetinin tədqiqatçıları dünya klinika təcrübəsində ilk dəfə olaraq onurğa beyninin xroniki zədəsi olan pasiyentlərə əsəb gövdə hüceyrələri köçürülməsi üzrə əməliyyatın ilkin mərhələsinin uğurla başa çatdığını bildiriblər.

A24.Az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, köçürülmə dörd pasiyentdən üçündə ciddi fəsadlar törətmədən onların vəziyyətinin yaxşılaşması ilə nəticələnib. Belə ki, insanın onurğa beynindən alınan əsəb gövdə hüceyrələri xətti istifadə olunub. Dörd könüllüyə hərəyə tərkibində 1,2 milyon gövdə hüceyrəsi olan 6 inyeksiya edilib. Alimlər əvvəlcə bu yanaşmanın təhlükəsizliyini yoxlamaq istəyiblər. Hər şey yaxşı keçib – transplantasiyanın tamamilə təhlükəsiz olması aşkarlanıb.

Yanaşmanın təsirliliyinə gəlincə, mütəxəssislərin fikrincə, dörd könüllüdən üçünün vəziyyətinin yaxşılaşması dramatik nəticə deyil. Hərəki, sensor funksiyalar və elektrofiziologiya kimi göstəricilər təhlil olunub. Hələ 2013-cü ildə alimlər onurğa zədəsi olan siçovullara gövdə hüceyrələrinin köçürülməsi əməliyyatını etmişdilər. Köçürülmənin nəticəsi əsəblərin regenerasiyasında və mobillik göstəricilərinin yaxşılaşmasında ifadə olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar