A24 Xeber

Alimlər üçün tikilən binadan təhsil işçiləri də mənzil ala biləcəklər

Alimlər üçün tikilən binadan təhsil işçiləri də mənzil ala biləcəklər
19
30 Aprel 2018 - 10:45

Abşeron rayonu Saray qəsəbəsində salınan “Alimlər şəhərciyi” yaşayış kompleksindən təhsil işçiləri də mənzil ala biləcəklər.

A24.Az xəbər verir ki, bu barədə  Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

Akademiyadan bildirilib ki, AMEA-nın yataqxanasında qeydiyyatda olan akademiya əməkdaşları və qeydiyyatda olub akademiyada çalışmayanlar da mənzil əldə edə biləcəklər.

Qeyd edək ki, Abşeron rayon Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə AMEA əməkdaşları üçün 7 hektar sahədə ilkin olaraq 2, ümumulikdə isə 18 blokun tikilməsi nəzərdə tutulur.

Layihənin məqsədi AMEA və Təhsil Nazirliyinin əməkdaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaqdır.

“Smart City – Ağıllı Şəhər” tikinti-inşaat prinsiplərinə riayət olunacaq 1, 2 və 3 otaqlı mənzillərdən ibarət binalarda memarlıq inşaat sektorunda mövcud olan ən son texnoloji yeniliklər tətbiq ediləcək.

A24.Az 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00