Alimlər xərçəng şişini məhv edən nanorobotlar yaradıb

Alimlər xərçəng şişini məhv edən nanorobotlar yaradıb
Want create site? Find Free WordPress Themes and plugins.

Monreal Politexnik Universiteti, Monreal Universiteti və Makqill Universitetinin alimləri xərçəng xəstəliyinin tədqiqi sahəsində mühüm irəliləyiş əldə ediblər.

“A24.az”ın əldə etdiyi məlumata görə, Trend Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) istinadən xəbər verir ki, alimlər qan vasitəsilə hərəkət edən və dərman preparatlarını şişdəki müəyyən aktiv xərçəng hüceyrələrinə dəqiq çatdırmaq qabiliyyətinə malik yeni nanorobotlar hazırlayıblar. Belə üsul şişin optimal məhvini təmin edir, yaxınlıqda yerləşən orqan və sağlam toxumaları təhlükə altında qoymur.

Siçan üzərində aparılmış tədqiqat işinin nəticəsi təsvir edilib: nanorobotlar dərman preparatlarını kolorektal şişə uğurla çatdırıblar.

Şişin içərisinə daxil olmuş nanorobotlar oksigenlə az təchiz edilmiş şiş hissələrini aşkar edərək dərman preparatlarını onlara çatdıra bilir. Məlum olduğu kimi, oksigenlə az təchiz olmuş hissələr şüa terapiyası daxil olmaqla müalicə metodlarının əksəriyyətinə qarşı dayanıqlıdır.

137195253

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Araşdırma
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar