Alimlərdən insan orqanizmi ilə bağlı YENİ ARAŞDIRMA

Alimlərdən insan orqanizmi ilə bağlı YENİ ARAŞDIRMA
Want create site? Find Free WordPress Themes and plugins.

Alimlər beyində yeni “ağrı mərkəzi” müəyyən ediblər. Onu “söndürmək”lə xroniki ağrı və əsəbiliyin qarşısını almaq olar. Əsəb ağrıları çox çətin müalicə olunur. Belə ki, ağrıkəsicilərin əksəriyyəti düzgün reseptorlara təsir etmir.

A24.Az rus tibb saytlarına istinadla xəbər verir ki, əsəb travmalarından sonra bəzi insanlarda beyin və bədənin çox hissəsi normal hərəkət ritmindən uzaqlaşır. Nəticədə isə ən yüngül toxunuş ağrıya səbəb olur. Alimlər beyində ağrı və toxunuş hissini bir-birindən ayıran əsəb zənciri aşkar ediblər ki, məhz bu hissə travmalar zamanı ən çox zədə görür.

Bu zəncirə daxil olan neyronların kiçik qrupu var ki, onlar bədənin bütün hissələrindən informasiya alır. Qəbul edilən informasiya onurğa beynindən keçərək gücləndirilmiş – “ağrı” və ya “toxunuş” siqnalı şəklində toxunulan bölgəyə geri qayıdır. Normal şəraitdə neyronlar onurğa beynində hərəkətini dayandıraraq ağrı və ya toxunuş hissi olaraq davam edir. Lakin travmalar səbəbindən bu dayanma prosesi öz effektivliyini itirir və toxunma haqqında informasiya ağrı neyronlarını aktivləşdirir. Buna baxmayaraq həqiqi ağrıya olan reaksiya da öz aktivliyini qorunur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Elm, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar