Alış-veriş zamanı diqqətli olun! - Bakıda minlərlə manat saxta pul hazırlayanlar tutuldu - VİDEO

Alış-veriş zamanı diqqətli olun! – Bakıda minlərlə manat saxta pul hazırlayanlar tutuldu – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat keçirilib. Nəticədə iki nəfər saxlanılıb və onlardan külli miqdarda saxta əsginaz aşkar edilərək götürülüb.

Kirayə qaldıqları evdə saxta pul hazırlayıb satmaq istəyən şəxslər tutulub.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Məmmədovun tanışı Nicat Orucovla birlikdə saxta pul əsginazları hazırlamaları və satmaları barədə əməliyyat məlumatı daxil olub. Əməliyyat nəticəsində dəstə üzvləri 11 min 700 saxta manatı 2 min 900 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.

Əməliyyat tədbirlərinin davamı olaraq, saxlanılan şəxslərin qaldıqları mənzilə də baxış keçirilib. Oradan əlavə olaraq 4 min 900 manatlıq saxta əsginaz, saxta pul hazırlamaq üçün istifadə olunan avadanlıqlar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. İlkin ifadələrində həmin şəxslər saxta əsginazları satmaq, həmçinin paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırladıqlarını etiraf ediblər.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, istintaq davam etdirilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar