Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
Want create site? Find Free WordPress Themes and plugins.

İyulun 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useyminin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığına yola düşəcək.

“A24.az” xəbər verir ki, QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, səfərdə məqsəd İslam Əməkdaşlığı Təşkilatı tərəfindən təşkil olunmuş və Əfqanistanda sülh və istiqrar mövzusuna həsr olunmuş beynəlxalq müsəlman üləma konfransında iştirak etməkdir. Konfrans 10-11 iyul tarixlərində Səudiyyə Ərəbistanının Ciddə və Məkkə şəhərlərində keçiriləcək.

Müxtəlif müsəlman ölkələrindən ən nüfuzlu İslam alimlərinin yer aldığı konfransın gündəmində bir sıra önəmli məsələlər, o cümlədən, Əfqanistanda sülh və istiqrarın bərqərar edilməsi, habelə terrorizmə və zorakılıq ekstremizmə qarşı birgə mövqeyin nümayiş etdirilməsi durur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar